Dow Jones indeksi 0,3%, S&P 500 0,2% enib, Nasdaq 0,3% yüksəlib

Dow Jones indeksi 0,3%, S&P 500 0,2% enib, Nasdaq 0,3% yüksəlib
# 27 noyabr 2012 06:37 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 26-da Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 12 967 bəndədək, S&P 500 0,2% - 1 406 bəndədək enib, Nasdaq 0,3% - 2 977 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına büdcə problemlərinin həlli üzrə danışıqların yenidən başlanması və Yunanıstan üzrə Avropa ölkələri arasında müzakirələrin başlanması barədə məlumatlar təsir edib. Bu məlumatlar birmənalı olmadığından bazarda vahid dinamika müşahidə olunmayıb.

Avropa fond bazarlarında noyabrın 26-da FTSE 100 indeksi 0,6% - 5 787 bəndədək, Almaniya DAX-ı 0,2% - 7 292 bəndədək, Fransa CAC-40-ı 0,8% - 3 501 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 750,1 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2984 (+0,1%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR