Azərbaycanda dələduzluqda təqsirləndirilən İran vətəndaşının apellyasiya məhkəməsi başlayıb

Azərbaycanda dələduzluqda təqsirləndirilən İran vətəndaşının apellyasiya məhkəməsi başlayıb
# 03 dekabr 2012 10:39 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində dələduzluq yolu ilə külli miqdarda pul mənimsəməkdə təqsirləndirilən İran vətəndaşı Abedi Mohamed Kazem Mahmoudun apellyasiya şikayəti əsasında ilkin məhkəmə baxışı keçirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hüquqları izah olunub. Məhkəmə baxışı isə dekabrın 18-nə təyin olunub.

Qeyd edək ki, A. Mohamed başqa bir nəfərlə şərikli “Milli Maşın Company” MMC-ni alıblar. Daha sonra A. Mohamed şərikindən həmin şirkətin binasının yerləşdiyi torpağı özəlləşdirmək üçün 650 min manata alıb. Lakin torpağı özəlləşdirməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Mohamed 11 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR