Azərbaycan iqtisadiyyatı yaxın 10 ildə iki dəfə artacaq

Azərbaycan iqtisadiyyatı yaxın 10 ildə iki dəfə artacaq
# 03 dekabr 2012 08:24 (UTC +04:00)

Buna növbəti illər ərzində ÜDM-in illik artım tempinin 5,5-6% səviyyəsində saxlanılması hesabına nail olunacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu gün Bakıda «Azərbaycan 2020: Gələcəyə baxış» mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında bildirib.

Onun sözlərinə görə, konsepsiya çərçivəsində müəyyənləşdirilmiş bu məqsədə nail olmaq üçün prioritet sahələrdən biri də İKT-nin inkişaf etdirilməsidir. Nazir bildirib ki, qarşıdakı 10 ildə İKT-nin inkişaf həddinin 4-4,5 dəfə artılması nəzərdə tutulub ki, bu sahə ümumi inkişafa tələb olunan töhfələr verə bilsin. «Məsələn, 2011-ci ildə İKT sektorunda təqribən 1,7 mlrd. dollar gəlir əldə olunubsa, 2020-ci ildə bu rəqəm təqribən 8-9 mlrd. dollara çatmalıdır», - deyə Ə.Abbasov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR