Ermənistanda doğuş səviyyəsi iki dəfə aşağı düşüb

Ermənistanda doğuş səviyyəsi iki dəfə aşağı düşüb
# 19 dekabr 2012 10:23 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. Ermənistan hökumətinin növbəti iclasının gündəliyinə gələn il ölkədə demoqrafik vəziyyətin yaxşılaşdırılmasına dair dövlət proqramının müzakirəsi davam edilib. APA-nın məlumatına görə, proqramın məqsədi xüsusi tədbirlər nəticəsində neqativ tendensiyaların aradan qaldırılmasıdır. Son 23 ildə Ermənistanda doğum səviyyəsi iki dəfə aşağı düşüb. 1990-cı ildə ölkədə 79822 doğuş faktı qeydə alınıbsa, 2010-cu ildə bu rəqəm 44825 təşkil edib.

Ermənistan hökuməti doğum səviyyəsinin aşağı düşməsini nikahların sayının azalması ilə əsaslandırır. Əgər 1990-cı ildə ölkə üzrə 28233 nikah bağlanıbsa, 2000-ci ildə bu rəqəm 10986 olub, daha sonra artaraq 2011-ci ildə 19706-ya çatıb. Ermənistanda demokratik problemlərin kökündə duran əsas faktorlardan biri miqrasiyadır.

Dövlət proqramında ölkədə əhalinin artımını təmin etmək məqsədilə ailədə ikinci və üçüncü övladın olmasına görə maddi yardım göstərilməsi, ana və uşaq ölümünün səviyyəsinin aşağı salınması, nikah bağlamağın stimullaşdırılması, miqrasiya prosesinin nizamlanması nəzərdə tutulur.

“Alternativ” Tədqiqat Mərkəzinin rəhbəri Tatul Manaseryan bildirib ki, son illər gənclər arasında işsizlik səviyyəsinin yüksək olması ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, ölkədə ayrı-ayrı yaş qruplarında işsizlik 60 faizə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR