Elşad Abdullayevin yaydığı sonuncu videogörüntülər cinayət işinin materiallarına əlavə edilib

Elşad Abdullayevin yaydığı sonuncu videogörüntülər cinayət işinin materiallarına əlavə edilib
# 22 noyabr 2012 07:51 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, fəaliyyəti dayandırılmış universitetin sabiq rektoru Elşad Abdullayev tərəfindən kütləvi informasiya vasitələrində yayımlanan, həmçinin onun nümayəndəsi tərəfindən istintaq-əməliyyat qrupuna təqdim edilən bütün audio və videoçəkilişlər qeyd edilən cinayət işinin materiallarına əlavə edilib. Həmin audio və videoçəkilişlərdə əks olunan məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə istintaq-əməliyyat qrupu tərəfindən iş üzrə zəruri istintaq hərəkətləri, o cümlədən müvafiq ekspertizalar təyin edilib, dindirmələr aparılır və sair istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

E. Sultanov həmçinin bildirib ki, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verilməklə qanunamüvafiq qərarların qəbul edilməsi təmin olunacaq və istintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək: “Təəssüflə qeyd edilməlidir ki, həyata keçirilən istintaq hərəkətləri barədə məlumatların yayılmasının ibtidai araşdırmanın maraqlarına zidd olduğundan istintaq sirri təşkil edən həmin informasiyaların ictimailəşdirilməsinin yolverilməzliyi barədə kütləvi informasiya vasitələrinə xəbərdarlıqlar edilməsinə baxmayaraq bəzi kütləvi informasiya vasitələri hələ də bundan lazımi nəticə çıxarmırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR