İslam İnkişaf Bankı AMEA əməkdaşları üçün Təqaüd Proqramı elan edib

İslam İnkişaf Bankı AMEA əməkdaşları üçün Təqaüd Proqramı elan edib
# 13 dekabr 2012 12:37 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları üçün İslam İnkişaf Bankının (İİB) 2013-2014-cü illər üzrə Təqaüd Proqramı elan olunub.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, proqram layihəsi İİB-yə üzv olan ölkələrdən istedadlı gənclərin dünyanın bir sıra qabaqcıl universitetlərində doktorantura təhsili almaq və doktoranturadan sonra tədqiqat işlərini aparmaq imkanı yaradır. Təqaüd proqramında 25 nəfərin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, layihədə iştirak etmək istəyən AMEA-nın elmi müəssisə və digər təşkilatlarının əməkdaşları ərizələrini dekabrın 20-dək AMEA-nın Xarici əlaqələr şöbəsinə təqdim etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR