“Nezavisimaya qazeta” Azərbaycanın Qarabağ məsələsini tam həll etməsini ilin əsas hadisəsi hesab edib

“Nezavisimaya qazeta” Azərbaycanın Qarabağ məsələsini tam həll etməsini ilin əsas hadisəsi hesab edib
# 26 dekabr 2023 15:08 (UTC +04:00)

Rusiyanın “Nezavisimaya qazeta” nəşri Azərbaycanın Qarabağ məsələsini tam həll etməsini ilin əsas beş hadisəsindən biri hesab edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya nəşri Qarabağ məsələsinin yekun həllini bu siyahıya daxil edib.

“Azərbaycan Qarabağ məsələsini həll edib. 2023-cü ildə 32 ildən bir qədər çox mövcud olmuş tanınmamış Dağlıq Qarabağ Respublikasının (DQR) tarixi başa çatıb. Böyük ölçüdə “ikinci erməni dövləti”nin taleyi 2020-ci ildə İkinci Qarabağ müharibəsinin nəticələrinə görə həll olunub. Lakin məsələnin yekun həlli üçün daha bir neçə il lazım olub”, - deyə nəşr yazıb.

“Nezavisimaya qazeta”nın ilin əsas beş hadisəsi siyahısına Vladimir Putinin beşinci dəfə prezidentliyə namizədliyini irəli sürməsini, Rusiya iqtisadiyyatının bənzəri olmayan sanksiyalar şəraitində artmasını, Priqojin üsyanını və Ukrayna əks-hücumunun "Surovikin xətti"ndə tıxanmasını daxil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR