Azərbaycan kəmərlərin və enerji infrastrukturlarının mühafizəsi ilə bağlı NATO-ya bəzi təkliflər verib

Azərbaycan kəmərlərin və enerji infrastrukturlarının mühafizəsi ilə bağlı NATO-ya bəzi təkliflər verib
# 20 noyabr 2012 10:11 (UTC +04:00)

Bu barədə ötən həftə NATO-nun mənzil qərargahında olan APA-nın əməkdaşına Alyansın mütəxəssisləri bildiriblər.

NATO-dan verilən məlumata görə, Azərbaycanın təklifləri kəmərlərin (neft və qaz) fiziki mühafizəsinin təşkili ilə bağlıdır. Azərbaycan həm Xəzər dənizində, həm ölkənin quru ərazisindəki enerji infrastrukturunun, həm də kəmərlərin keçdiyi Gürcüstan və Türkiyə ərazisində potensial təhdidləri əsas göstərərək, NATO-dan texnoloji yardımlar istəyib.

«NATO-nun hazırda tərəfdaş ölkələrdə enerji infrastrukturlarının fiziki mühafizəsinin təşkili ilə bağlı konkret planları yoxdur. Lakin Alyans üzvlərinin enerji təhlükəsizliyinin təmin olunmasında prioritet təşkil edən istiqamətlər üzrə təkliflərə baxıla və dəyərləndirilə bilər», - deyə NATO ekspertləri vurğulayıblar.

Xəzər hövzəsi-Cənubi Qafqaz bölgəsində enerji infrastrukturuna qarşı ehtimal təhdidləri analiz edən NATO ekspertlərinin fikrincə, hazırda bu regionda yerləşən və layihələrdə iştirak edən dövlətlər həmin təhdidlərlə mübarizə aparmaq imkanlarına malikdir. Lakin yaxın gələcəkdə enerjinin dövlətlərarası mübarizədə əsas silah olaraq istifadə proqnozları qeyd olunan istiqamətdə daha ciddi təhdidlərin ortaya çıxmasını istisna etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR