Azərbaycanın təhsil naziri valideynlərə müraciət edib

Azərbaycanın təhsil naziri valideynlərə müraciət edib
# 21 noyabr 2012 13:58 (UTC +04:00)


Bakı. Könül Kamilqızı - APA. “Məktəblərdə vahid məktəbli geyimi tətbiq olunur və hər kəs buna əməl etməlidir”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov məktəblərdə aparılan reydlər zamanı aşkarlanan hallara münasibət bildirərkən deyib.

O bildirib ki, hər bir şagird dərsə məktəbli formasında gəlməlidir. Nazirin sözlərinə görə, nazirliyin buna digər münasibəti yoxdur: “Valideynlərə də müraciətim odur ki, hökumətin qoyduğu qərarlara əməl etsinlər və övladlarını məktəbə yalnız vahid məktəbli geyimində göndərsinlər. Təsdiq olunan məktəbli forması var və ona uyğun da dərsə gəlinməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR