Rusiya Türkiyənin də Gömrük İttifaqına qoşulmasını istəyir

Rusiya Türkiyənin də Gömrük İttifaqına qoşulmasını istəyir
# 04 dekabr 2012 15:09 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya Türkiyənin Gömrük İttifaqına qoşulmasını istəyir. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, rəsmi Moskva Türkiyənin də Rusiya, Qazaxıstan və Belarusun təmsil olunduğu Gömrük İttifaqına qoşulmasından məmnun olar: “Gömrük İttifaqı və Azad Ticarət Zonası hər kəsin üzünə açıqdır. Bu gün Rusiya, Belarus və Qazaxıstan uğurlu şəkildə təşkilatda fəaliyyətlərini davam etdirirlər. Türkiyə başda olmaqla, rəsmi Moskva bütün qonşu ölkələrin bu ittifaqa qoşulmasında maraqlıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR