Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma 3%, sərnişindaşıma isə 8% artıb

Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma 3%, sərnişindaşıma isə 8% artıb
# 14 dekabr 2012 14:52 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 192,6 mln. ton yük və 1,5 mlrd. nəfər sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə yükdaşımanın həcmi 3,4%, sərnişindaşımanın həcmi isə 8,4% artıb.

Qeyd edək ki, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə yanvar-oktyabr aylarında 47 mln. ton yük daşınaraq bu fəaliyyətdən, habelə sərnişin daşınmasından əldə olunmuş 423,8 mln. manat gəlirin 36,5%-i dəmir yolu, 17,4%-i dəniz, 46,1%-i avtomobil nəqliyyatının işi hesabına yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR