Ata Corc Buş reanimasiyaya köçürülüb

Ata Corc Buş reanimasiyaya köçürülüb
# 27 dekabr 2012 03:22 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Hyuston şəhərinin klinikasında müalicə alan ölkənin keçmiş prezidenti Corc Gerbert Buşun səhhəti pisləşib və o intensiv terapiya bölməsinə köçürülüb. Bu barədə APA “Röyters” agentliyinə istinadən xəbər verir.

Ailənin mətbuat-katibi Cim Makqrat açıqlamasında bildirib ki, Corc Buşun şüuru özündədir. Onun həyat yoldaşı Barbara Buş və oğlu, ABŞ-ın keçmiş prezidenti Corc Buş və başqa qohumları daim yanındadır.

88 yaşlı Corc Buş 2012-ci il noyabrın 30-da ilkin pnevmoniya diaqnozu ilə Hyuston şəhərinin Metodist klinikasına yerləşdirilib. Lakin sonra analizlər onda bu xəstəliyin olmadığını müəyyən edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR