Azərbaycanın iki iri kommersiya bankı bankomat şəbəkəsini birləşdirir

Azərbaycanın iki iri kommersiya bankı bankomat şəbəkəsini birləşdirir
# 25 dekabr 2012 08:08 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Xalq Bank» ASC və «Paşa Bank» ASC-nin debet plastik kartlarının sahibləri olan müştəriləri hər iki bankın bankomat şəbəkəsindən istifadə edə biləcəklər.

«Xalq Bank»dan «APA-Economics»ə verilən məlumata görə, bu günlərdə iki bank arasında imzalanmış sazişə əsasən, «Xalq Bank» və «Paşa Bank»ın əmək haqqı kartlarının sahibləri hər iki bankın bankomatlarından nağdlaşdırmaya görə komissiya ödəmədən istifadə edəcəklər. Beləliklə, iki bankın birləşmiş bankomat şəbəkəsinə Bakı şəhəri üzrə 25, bölgələr üzrə 18 bankomatı daxildir.

«Bankomat şəbəkələrinin birləşməsi vasitəsi xidmət infrastrukturunun genişləndirilməsi həm də müştərilərin rahatlığına xidmət edəcək bir addımdır», - deyə bankdan bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR