Qışda havanın necə olacağı noyabrın sonunda açıqlanacaq

Qışda havanın necə olacağı noyabrın sonunda açıqlanacaq
# 14 noyabr 2012 10:27 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, qışda havanın necə olması barədə ən son proqnoz noyabrın sonunda açıqlanacaq. Onun sözlərinə görə, qış fəsli ilə bağlı noyabrın sonunda Cənub-şərqi Avropa ölkələri üçün toplantı keçiriləcək və orada qışın keçməsi barədə ölkələr, o cümlədən Qafqaz regionu üzrə proqnoz veriləcək.

A.Verdiyev bu il qışın daha sərt keçəcəyi barədə səslənən fikirlərə də münasibət açıqlayıb: “Bununla bağlı müxtəlif fikirlər səsləndirirlər. Hətta bəzən deyirlər ki, yay fəsli ötən illə müqayisədə nisbətən sərin keçdiyindən qış da sərt keçə bilər. Ancaq hansısa fəsillərə əsasən qış fəslinin necə keçəcəyini deməyin heç bir elmi əsası yoxdur. Onlar arasında elə bir əlaqə yoxdur. Ola bilsin ki, müəyyən mənada fəsillər arasında uyğunluq üst-üstə düşə bilər. Amma hələ ki bu proses elmi cəhətdən əsaslandırılmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR