«Gəncəbank» nizamnamə kapitalını kəskin artırır

«Gəncəbank» nizamnamə kapitalını kəskin artırır
# 20 noyabr 2012 14:40 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Gəncəbank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 20 manat, sayı 1,750 mln. ədəd, emissiyanın ümumi həcmi isə 35 mln. manat təşkil edir. Səhmlər kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Yerləşdirmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 3,3 dəfə artaraq 50 mln. manata çatacaq.

Qeyd edək ki, «Gəncəbank» ASC 1994-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabrın 1-nə bankın aktivləri 52,020 mln. manat, kredit portfeli 41,813 mln. manat, depozit portfeli 5,317 mln. manat, məcmu kapitalı 14,662 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR