Şirvanda vətəndaşlardan külli miqdarda narkotik vasitə götürüb - FOTO

Şirvanda vətəndaşlardan külli miqdarda narkotik vasitə götürüb   - <span style="color: red;">FOTO
# 23 noyabr 2012 07:24 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı – APA. Şirvan polisinin keçirdiyi əməliyyat zamanı Sabirabad sakininin evində külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan Şəhər Polis Şöbəsindən məlumat verilib.

Keçirilən əməliyyat tədbirləri zamanı Şirvan şəhər sakini, M.Rəsulzadə küçəsi 11, mənzil 24 ünvanında yaşayan 1969-cu il təvəllüdlü Məmmədov İlqar Telman oğlu, Şirvan sakini Vidadi küçəsi-2 ünvanında yaşayan 1984-cü il təvəllüdlü Novruzov Valeh Şakir oğluna 1,187 qram narkotik vasitə olan marixuana satıb. İlqar Məmmədov şübhəli şəxs qismində saxlanılarkən narkotik vasitəni Sabirabad rayon Azadakənd sakini, 1978-ci il təvəllüdlü Səmədov Hicran Səməd oğlundan aldığını etiraf edib. Sonuncunun evinə baxış keçirilərkən orada müxtəlif qablaşdırmalarda, satış məqsədi üçün nəzərdə tutulmuş, ümumi çəkisi 4 kiloqram 630 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Hicran Səmədov hal-hazırda istintaqdan yayınır, onun haqqında axtarış elan edilib və polis tərəfindən axtarışları davam etdirilir.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR