Azərbaycanda emal olunmuş məhsulların hansı şərtlərə cavab verdiyi halda halal sayıldığı açıqlanıb

Azərbaycanda emal olunmuş məhsulların hansı şərtlərə cavab verdiyi halda halal sayıldığı açıqlanıb
# 02 iyul 2015 08:24 (UTC +04:00)

APA-nın məlumatına görə, Standartlaşdırma, Metrologiya və Patent Komitəsinin qərarı ilə təsdiqlənən və iyunun 24-dən qüvvəyə minən “Halal qida. Ümumi rəhbəredici sənəd” dövlət standartına əsasən islam qaydalarına görə məmulatlar və ya onların komponentləri halal olmayan ünsür əks etdirməməli, məmulatlar islam qaydalarına görə halal olaraq qəbul edilməyən hər hansı bir miqdarda hər hansı bir maddə özündə birləşdirməməlidir.

Məmulat və komponentləri təhlükəsiz olmalı, halal olmayan vəsaitlərə dəyməmiş avadanlıq və vasitələrlə hazırlanmalı, işlənməli və ya emal edilməlidir. Eyni zamanda hazırlama, istehsal, saxlanma və daşınma zamanı İslam qaydalarına görə halal olmayan və yuxarıdakı şərtləri təmin etməyən qidalar digər vəsaitlərdən fiziki olaraq ayrılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR