Moskvanın Basmannı məhkəməsi bu gün Roskomnadzorun iddiası əsasında “Novaya qazeta”nı medianın qeydiyyat şəhadətnaməsindən məhrum edib.
APA-nın Moskva müxbirinin məlumatına görə, hakim Olqa Lipkina “Novaya qazeta”nın qeydiyyatının etibarsız sayılması barədə qərarı elan edib.
Qeyd edək ki, “Novaya qazeta” 2022-ci ilin mart ayının sonunda fəaliyyətini dayandırıb, o vaxtdan saytda yalnız redaksiya və baş redaktor Dmitri Muratovla bağlı məlumatlar dərc olunub.
Baş redaktor Dmitri Muratov məhkəmənin qərarını sifarişli və siyasi adlandırıraraq, onun heç bir qanuni əsasının olmadığını söyləyib.