Təhsil naziri: “Ali məktəblərdəki müəllim hazırlığı orta məktəblərdəki müəllim hazırlığından geri qalır”

Təhsil naziri: “Ali məktəblərdəki müəllim hazırlığı orta məktəblərdəki müəllim hazırlığından geri qalır”
# 21 noyabr 2012 15:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycanda ali məktəblərdəki müəllim hazırlığı orta məktəblərdəki müəllim hazırlığından geri qalır. APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov Müasir Təlim Texnologiyaları Təlim və Resurs Mərkəzinin təqdimatında çıxışı zamanı deyib.

O bildirib ki, bunun əsas səbəblərindən biri ali məktəb müəllimlərinin müasir texnologiyalara yiyələnməməsidir. Nazirin sözlərinə görə, artıq orta məktəblərdə yeni təcrübə və texnologiyalardan istifadə olunur: “Amma təəssüflər olsun ki, ali məktəblər orta məktəblərimizdə gedən təhsil prosesindən xəbərsizdir. Müəllim hazırlığında universitetlər orta məktəblərdən geri qalır. Müəyyən ali məktəblərin pedaqoji ixtisaslarını bitirən məzunlar müəllimlik sənətinə yeni işləməyə başladıqları məktəblərdə tədricən yiyələnirlər. Ancaq onlar orta məktəblərə tam hazır gəlməli, ali məktəbdə öyrəndiklərini orta məktəblərdə tətbiq etməlidirlər”.

Nazirin fikrincə, bunların qarşısını almaq üçün dövlət təhsil sistemində müəyyən standartlar və qiymətləndirmə metodları hazırlanmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR