"Qala Həyat" Vergilər Nazirliyinin əməkdaşlarını sığortalayacaq

"Qala Həyat" Vergilər Nazirliyinin əməkdaşlarını sığortalayacaq
# 01 sentyabr 2015 13:05 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Vergilər Nazirliyi aparatının əməkdaşlarının istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortasını “Qala Həyat” Sığorta Şirkəti həyata keçirəcək.

Bu barədə “APA-Economics”ə Satınalmalar üzrə Dövlət Agentliyindən xəbər verilib.

Məlumata görə, sığorta şirkəti müvafiq tenderin qalibi olub.

Qeyd edək ki, şirkətin həyata keçirəcəyi həyat sığortasının dəyəri 6 mln. 437,06 min manata bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR