Azərbaycanın müstəqillik günü Nyu-Yorkda qeyd edilib

Azərbaycanın müstəqillik günü Nyu-Yorkda qeyd edilib
# 21 oktyabr 2016 10:31 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü Nyu-Yorkda qeyd edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şəhərin “Bowling Green” parkında keçirilən tədbir Nyu-York Azərbaycanlıları Assosiasiyasının tərəfindən təşkil olunub.

Tədbirdə ABŞ-dakı Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.

ABŞ-ın və Azərbaycanın dövlət himnlərinin səsləndikdən sonra Nyu-York Azərbaycanlıları Assosiasiyasının rəhbəri Ercan Yerdələnli və təşkilatın vitse-prezidenti Zəminə Mirhadıyeva çıxış edərək Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinin ABŞ-da qeyd olunmasının önəmini vurğulayıblar.

“Bowling Green” parkında keçirilən bayram tədbirində Azərbaycanın dövlət bayrağı ucaldılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR