Ödənişli seçkiqabağı təşviqata qoşulacaq media orqanları məlum olub

Ödənişli seçkiqabağı təşviqata qoşulacaq media orqanları məlum olub
# 14 yanvar 2024 22:54 (UTC +04:00)

Növbədənkənar prezident seçkilərində ödənişli seçkiqabağı təşviqata qoşulacaq media orqanlarının sayı məlum olub.

APA-nın xəbərinə görə, prezident seçkilərində ödənişli seçkiqabağı təşviqata qoşulmaq üçün ümumilikdə 44 media orqanı müraciət edib.

Namizədlərə ödənişsiz efir vaxtının ayrılacağı İctimai Televiziya həm də ödənişli təşviqat təklif edir.

Ödənişli seçkiqabağı təşviqata qoşulmaq üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edən həmin media orqanlarının siyahısı artıq MSK-nın saytında yerləşdirilib.

Ödənişli seçkiqabağı təşviqata qoşulacaq media orqanları sırasında APA Group da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR