Moskvada xalq yazıçısı Çingiz Abdullayevlə azərbaycanlı gənclərin görüşü keçirilib - FOTO

Moskvada xalq yazıçısı Çingiz Abdullayevlə azərbaycanlı gənclərin görüşü keçirilib   - <span style="color: red;">FOTO
# 11 dekabr 2012 08:15 (UTC +04:00)

Moskva. Fərid Əkbərov-APA. Rusiya paytaxtında Ümumrusiya Azərbaycan Konqresinin təşəbbüsü ilə Yazıçılar Biriliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayevin Rusiyada yaşayıb, təhsil alan azərbaycanlı gənclərlə görüşü keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məluma görə, görüşdə Çingiz Abdullayev gəncləri maraqlandıran sualları cavablandırıb.

Rudomina adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında baş tutan görüşü giriş sözü ilə açan ÜAK-ın icra aparatının rəhbəri Nemət Nağdəliyev Rusiyanın Azərbaycanlı gəncləri ilə görüşə razılıq verdiyi üçün xalq yazıçısı Çingiz Abdullayevə təşəkkür edib. O, Çingiz Abdullayevin nəinki Azərbaycan və Rusiyada sevildiyini, yazıçının kitablarının bir çox xarici dillərə tərcümə olunub bütün dünyada sevilərək oxunulduğunu söyləyib.

Rudomina adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nəznində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Nisə Mustafayeva çıxışında gənclərə Çingiz Abdullayevin yaradıcılığından soz açıb:”Xalq yazıçısı Çingiz Abdullayevin Rusiyanın azərbaycanlı gəncləri ilə görüşə gəlməsi böyük mədəni hadisədir”.

Çingiz Abdullayev bu görüşə maraq göstərən hər bir kəsə minnətdarlığını bildirib. Xalq yazıçısı gənclərə öz yaradıcılığı, yazdığı son kitablar haqqında danışıb. Gəncləri maraqlandıran sualları cavablandıran Çingiz Abdullayev, tələbələrlə görüşməyin onun üçün maraqlı olduğunu söyləyib. Kitab oxumağın, mütaliyə etməyin hər zaman vacib olduğunu soyləyən xalq yazıçısı hər dəfə tələbələrlə görüşəndə sonra, onların kitab oxuduqlarına əmin olduğunu və buna çox sevindiyini bildirib.

Qeyd edək ki, Çingiz Abdullayevin əsərləri 28 dilə tərcümə edilib və MDB ölkələrində, eləcə də ABŞ, Fransa, İsveç, Türkiyə, Bolqarıstan, İsraildə ümumi tirajı 16 milyon nüsxə ilə nəşr olunub. Amerikanın “Krisçen Sayans Monitor” jurnalı onu müasir dövrün siyasi detektiv janrında yazan ən yaxşı müəlliflərdən biri kimi dəyərləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR