“Eurovision-2013”-ün final şousuna biletlər satılıb qurtarıb - FOTO

“Eurovision-2013”-ün final şousuna biletlər satılıb qurtarıb  - <span style="color: red;">FOTO
# 30 noyabr 2012 15:39 (UTC +04:00)

Amsterdam. Ülkər Rəşidqızı - APA. İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsi ən yaddaqalan şoulardan biri olacaq. Bunu APA-nın Amsterdama ezam olunmuş müxbirinə açıqlamasında Eurovision Song Conetst-in icraçı rəhbəri Yan Ola Sand deyib.

O bildirib ki, İsveç bu yarışmaya xüsusi hazırlaşır: “İsveç yarışmaya marağın azalmaması, daha da artması üçün hər şey edir. Baxmayaraq ki, şou üçün nəzərdə tutulan arena daha az tutumludur, amma bu şounun çox yaddaqalan olacağına inanırıq. Düşünürəm ki, bu zamana kimi müşahidə olunan tamaşaçı marağı azalmayacaq və pərəstişkar kütləsinin diqqətini cəlb edəcək”.

“Eurovision-2013”-də neçə ölkənin iştirak edəcəyinə gəlincə, Yan Ola Sand deyib ki, bu ölkələrin müsabiqədə iştirakının təsdiqinin son gününə kimi hansısa rəqəm söyləmək mümkün deyil. O, Kiprin növbəti il müsabiqədə iştirakdan imtina etməsi ilə bağlı yayılan məlumatlar dəqiq olmadığından, bu barədə hansısa fikir deməyin də mümkünsüz olduğunu vurğulayıb: “Eurovision-2013”-də bəzi qayda dəyişiklikləri nəzərdə tutulub. Amma bu dəyişikliklərin hansının həyata keçib-keçmədiyini indidən demək tez olardı”.

Mayın 18-də keçiriləcək şounun finalına noyabrın 26-da satışa çıxarılan biletlər artıq satılıb qurtarıb. Hazırda final şousuna müəyyən sayda yeni biletlər satışa çıxarılacaq: “Eyni zamanda hər iki yarımfinal üçün biletlərin yarısı satılıb qurtarıb. Buradan belə nəticəyə gəlmək olar ki, gələn ilki şouya maraq daha çoxdur. İsveç pulunu çox düzgün xərcləyir, özlərini tamaşaçıya ən yaxşı şəkildə ifadə etmək üçün düzgün şəkildə çalışır. İsveçin “Eurovision-2013” mahnı yarışmasına ayırdığı büdcə haqqında tam məlumat vermək mümkün olmasa da, tam əminliklə deyə bilərəm ki, ev sahibliyi edəcəyi müsabiqənin ən yüksək səviyyədə keçməsi üçün var gücü ilə çalışır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR