«Azərbaycan Sənaye Sığorta» şirkəti nizamnamə kapitalını artırıb

«Azərbaycan Sənaye Sığorta» şirkəti nizamnamə kapitalını artırıb
# 21 dekabr 2012 12:30 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Azərbaycan Sənaye Sığorta» ASC növbəti dəfə nizamnamə kapitalını artırıb. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, şirkətin nizamnamə kapitalı 36% artırılaraq 6 mln. manatdan 8,160 mln. manata çatdırılıb.

Nizamnamə kapitalının artırılması şirkətin 2011-ci ildə əldə etdiyi mənfəət hesabına həyata keçirilib.

Qeyd edək ki, 1996-cı ildən fəaliyyət göstərən «Azərbaycan Sənaye Sığorta» şirkətinin səhmdarları rolunda «Anadolu Investment Company» MMC (50%), «Azərbaycan Sənaye Bankı» ASC (45%) və «Azərbaycan Sənaye Lizinq» MMC (5%) çıxış edir. Hazırda şirkət 28 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR