Balakəndə 71 yaşlı kişi itkin düşüb

Balakəndə 71 yaşlı kişi itkin düşüb
# 24 noyabr 2012 10:59 (UTC +04:00)

Balakən. Vüqar Heydərov – APA. Balakəndə 71 yaşlı kişi itkin düşüb. Bu barədə APA-ya Rayon Polis Şöbəsindən bildirilib. Rayonun Talalar kənd sakini, 71 yaşlı Kamal Hacımurad oğlu Məmmədov noyabrın 21-də səhər saatlarında evdən çıxıb, bir daha geri qayıtmayıb. Onun itkin düşməsi barədə yaxınları polisə məlumat veriblər.

Hazırda polis K. Məmmədovun tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR