Fikrət Məmmədov Avropa Şurasının İnsan hüquqları və qanunun aliliyi üzrə Baş Direktorluğunun rəhbərini qəbul edib

Fikrət Məmmədov Avropa Şurasının İnsan hüquqları və qanunun aliliyi üzrə Baş Direktorluğunun rəhbərini qəbul edib
# 12 noyabr 2012 10:38 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının İnsan hüquqları və qanunun aliliyi üzrə Baş Direktorluğunun rəhbəri Filip Buaya ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan və Avropa Şurası arasında sıx əlaqələrin olduğunu söyləyən nazir məhkəmə islahatlarından danışıb.

O cümlədən görüşdə elektron ədliyyənin inkişafı, müasir informasiya kommunikasiya texnologiyalarının tətbiqi, açıq hökumətin təşviqi, məhkəmə infrastrukturunun müasirləşdirilməsi, Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, məhkəmə qərarlarının icrası üzrə işlər qeyd olunub, yeni innovativ və şəffaf xidmətlərin yaradılmasından danışılıb.

Avropa Şurasının Azərbaycanla əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdiyini vurğulayan F.Buaya Azərbaycanın insan hüquqlarına dair Milli Fəaliyyət Proqramının qəbulunu, ədliyyə və məhkəmə islahatlarını və bu zaman Avropa Şurası standartlarının geniş tətbiqini yüksək dəyərləndirib və birgə fəaliyyətin daha da dərinləşdirilməsinə hazır olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR