Neftçalada 15 yaşlı qız çayda batıb

Neftçalada 15 yaşlı qız çayda batıb
# 24 dekabr 2012 07:42 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, 1997-ci il təvəllüdlü Əhmədova Tehran Hidayət qızı Neftçala rayonu, Yuxarı Qaramanlı kəndi ərazisində Kür çayına düşüb. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR