Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyyə edilib

Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyyə edilib
# 04 iyul 2017 20:42 (UTC +04:00)

Bakıda yaşayış binasında yanğın olub. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Xətai rayonunda çox mərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan 2 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin mətbəxində 1 ədəd kondisioner, televizor və divan-kreslo yanıb. Yüksək temperaturdan mətbəxin 1 ədəd plastik pəncərə çərçivəsi 3 m2 sahədə və hamamın lambirdən ibarət tavanı 6 m2 sahədə əriyib. Yanğın zamanı mənzillərdən 8 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR