Ötən il televiziya və radiolarda 300-ə yaxın qanun pozuntusu aşkarlanıb

Ötən il televiziya və radiolarda 300-ə yaxın qanun pozuntusu aşkarlanıb
# 19 yanvar 2024 11:35 (UTC +04:00)

Audiovizual Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsində il ərzində ölkə ərazisində fəaliyyət göstərən audiovizual yayımçıların müntəzəm monitorinqi aparılıb, mütəmadi olaraq arayışlar və müəyyən dövrlər üzrə ümumiləşdirilmiş hesabatlar və təhlillər hazırlanıb. Ümumölkə yerüstü televiziya və radio kanallarının (açıq yayım) proqramları daimi əsasda, regional yerüstü yayımçıların, habelə platforma yayımçılarının proqramlarının monitorinqləri şikayət əsasında və vaxtaşırı olaraq həyata keçirilib.

APA xəbər verir ki, bu barədə Audiovizual Şuranın illik hesabatında bildirilib.

Hesabatda deyilir ki, ümumilikdə, aparılmış monitorinqlər nəticəsində audiovizual yayımçıların həm televiziya, həm radio redaksiyalarının efirində ümumi olaraq 297 pozuntu faktı qeydə alınıb: “Həmin pozuntuların çox bir hissəsi (287 fakt) texniki səbəbdən olduğundan yayımçılara zəruri bildirişlər verilib və pozuntuların aradan qaldırılması təmin olunub. Bir sıra pozuntulara görə yayımçılara il ərzində 6 dəfə xəbərdarlıq elan olunub və mediada dərc olunub. Pozuntular səbəbi il ərzində 4 dəfə yayımın dayandırılması sanksiyası tətbiq olunub”.

Qeyd olunub ki, Audiovizual Şura tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər və zəruri maarifləndirmə fəaliyyəti nəticəsində əvvəlki illərlə müqayisədə 2023-cü il ərzində qanunvericiliyin tələblərinə yayımçılar tərəfindən riayət olunması istiqamətində müsbət dinamika müşahidə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR