Ötən həftə Azərbaycan qanunvericiliyin tələblərini pozmuş 698 əcnəbi aşkar edilib

Ötən həftə Azərbaycan qanunvericiliyin tələblərini pozmuş 698 əcnəbi aşkar edilib
# 25 dekabr 2012 15:53 (UTC +04:00)

APA-nın DMX-nin saytına istinadən verdiyi məlumata görə, keçirilmiş tədbirlər nəticəsində pozuntu halları aşkar edilmiş 7 sahibkarlıq subyekt ilə bağlı müvafiq qərarlar qəbul edilib.

Həmçinin, ötən həftə ərzində 698 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmiş, onlardan 57 nəfəri cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 611 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 30 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

DMX tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR