Gəncədə baş verən yol qəzasında 9 yaşlı uşaq ölüb

Gəncədə baş verən yol qəzasında 9 yaşlı uşaq ölüb
# 09 noyabr 2012 10:02 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 8-də saat 20.00 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Zaur Hüseynov "VAZ-21063" markalı avtomaşını idarə edərkən yolu keçən şəhər sakini 9 yaşlı Urfan Poladovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR