Azərbaycanda şəkərli diabetdən ölənlərin sayında azalma müşahidə olunur

Azərbaycanda şəkərli diabetdən ölənlərin sayında azalma müşahidə olunur
# 14 noyabr 2012 13:02 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Dünyada şəkərli diabet xəstələrinin sayının 2025-ci ilədək 380 milyon nəfərə çatacağı gözlənilir. APA-nın xəbərinə görə, bunu Respublika Endokrinoloji Mərkəzinin (REM) direktor müavini Yeganə Sultanova deyib. məlumat verib. Onun sözlərinə görə, Azərbaycan da diabet xəstəliyinə tutulan xəstələrin sayında artım müşahidə edilir: “Azərbaycanda 163 280 nəfər şəkərli diabet xəstəsi rəsmi qeydiyyatdadır. Onların 25,9 faizi I tipə, 74,1 faizi isə 74,1 faizi isə II tipə aiddir. Xəstələrin 32 faizi Bakı şəhərində, 68 faizi isə regionları əhatə edir. Lakin şəkərli diabetdən ölənlərin sayında azalma müşahidə olunur. Belə ki, 2005-ci ildə 960 nəfər bu xəstəlikdən vəfat edibsə, 2011-ci ildə isə ölənlərin sayı 710 nəfər olub. Xəstəliyin müalicəsi üçün ayrılan vəsait ildən-ilə artır. Əgər 2005-ci ildə bunun üçün 1 milyon 500 min manat ayrılmışdısa, 2012-ci ildə bu rəqəm 12, 239,040 milyon manat olub. 2013-cü il üçün xəstəliyin müalicəsi üçün 33,7 milyon manat vəsait ayrılıb ki, bu da 2,8 faizi çoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR