Suriyada çörəkbişirmə müəssisəsi bombalanıb, 93 nəfər ölüb

Suriyada çörəkbişirmə müəssisəsi bombalanıb, 93 nəfər ölüb
# 24 dekabr 2012 07:18 (UTC +04:00)

APA-nın “Agence France-Presse”yə istinadən xəbərinə görə, hüquq müdafiəçiləri 50-dən çox vətəndaşın yaralandığını bildirib. Yaralıların bir çoxunun vəziyyəti ağır olduğundan, ölənlərin sayının artacağı istisna olunmur.

Aviazərbə şəhərdəki çörəkbişirmə müəssisəsinə endirilib. Üsyançıların nəzarətində olan Xalfayyada son günlər çörək qıtlığı yaşandığından, müəssisə yaxınlığında böyük növbə yaranıbmış. Bu səbəbdən ölən və yaralananların sayı çox olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR