Ucarda qatı duman avtomobil qəzasına səbəb olub, ağır xəsarət alanlar var

Ucarda qatı duman avtomobil qəzasına səbəb olub, ağır xəsarət alanlar var
# 03 dekabr 2012 19:35 (UTC +04:00)

Ucar. Elvin Yaqubov-APA. Ucar-Zərdab yolunda iki avtomobil toqquşub, xəsarət alanlar var. APA-nın məlumatına görə hadisə bu gün axşam saatlarında yolun 1-ci kilometrliyində qeydə alınıb. Ucar rayonunun Lək kənd sakini 1975-ci il təvəllüdlü Gülmalıyev İntiqam Əlizadə oğlunun idarə etdiyi 61-BC-868 dövlət nömrə nişanlı “VAZ 21010” markalı minik maşını qarşı tərəfdən gələn Lək kənd sakini 1969-cu il təvəllüdlü Hacıyev Əlabbas Ağabala oğluna məxsus 10-HN-702 dövlət nömrə nişanlı “VAZ 2107” markalı maşınla toqquşub. Hadisə nəticəsində “VAZ 2107”nin sürücüsü Əlabbas Hacıyev və sərnişini 1960-cı il təvəllüdlü Abışova Şəhla Məhəmməd qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hadisəyə ərazidəki qatı dumanın səbəb olduğu bildirilir.

Faktla bağlı Ucar rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR