Azərbaycan meteoroloqları meteohəssas insanlara xəbərdarlıq edib

Azərbaycan meteoroloqları meteohəssas insanlara xəbərdarlıq edib
# 14 noyabr 2012 09:17 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, arabir güclənən şimal-qərb, şimal küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 6-9, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 15-də bəzi yerlərdə yağış yağacağı, gündüz qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9, gündüz 9-14, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 15-də Abşeron yarımadasında buludlu, rütubətli və küləkli hava şəraiti meteohəssas insanlarda diskomfort hissi yaratsa da, noyabrın 16-17-də oksigenlə daha zəngin və təmiz havaların üstünlüyü, meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR