Qırğızıstanın sabiq iqtisadi tənzimləmə naziri həbs edilib - FOTO

Qırğızıstanın sabiq iqtisadi tənzimləmə naziri həbs edilib   - <span style="color: red;">FOTO
# 03 dekabr 2012 07:52 (UTC +04:00)

Bakı – APA. Qırğızıstanın sabiq iqtisadi tənzimləmə naziri və Mineral Ehtiyatlar üzrə Dövlət Agentliyinin keçmiş direktoru Uçkunbek Taşbayev həbs edilib.

APA-nın “K-News”a istinadən xəbərinə görə, Dövlət Milli Təhlükəsizlik Komitəsinin Antikorrupsiya Xİdmətinin əməkdaşları tərəfindən saxlanılan nazir barəsində məhkəmənin qərarı ilə iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

U.Taşbayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, o cümlədən lisenziyalaşdırma fəaliyyətini həyata keçirərkən qulluq mövqeyindən qanunsuz istifadə etməkdə ittiham olunur. Dövlət Milli Təhlükəsizlik Komitəsindən bildiriblər ki, “Qırğızaltın” şirkətinin filiallarında qızıl tərkibli konsentratın oğurlanmasına və yataqlardan istifadə hüququ verən lisenziyaların qanunsuz satışına dair 8 cinayət işinin istintaqı aparılır.

Qeyd edək ki, Kurmanbek Bakiyevin prezidentliyi dönəmində U.Taşbayev onun oğlu Maksim Bakiyevin komandasının üzvü sayılıb və İnvestisiyalar üzrə Mərkəzi Agentliyə rəhbərlik edən oğul Bakiyevin müavini olub. Qırğızıstanda hakimiyyət dəyişikliyindən sonra U.Taşbayev əvvəlcə iqtisadi tənzimləmə naziri, sonra isə Mineral Ehtiyatlar üzrə Dövlət Agentliyinin direktoru təyin olunub və 2012-ci ilin sentyabr ayınadək bu vəzifədə çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR