QHT-lərə Dövlət Dəstəyi Şurası BMT-nin işgəncə və digər qəddar cəza əleyhinə Konvensiyasını müzakirə edib

QHT-lərə Dövlət Dəstəyi Şurası BMT-nin işgəncə və digər qəddar cəza əleyhinə Konvensiyasını müzakirə edib
# 14 dekabr 2012 14:02 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar əleyhinə Konvensiyasının ictimai müzakirəsinə həsr olunmuş tədbir keçirib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Şura üzvü Əliməmməd Nuriyev bir çox sahələrdə olduğu kimi, insan hüquq və azadlıqlarının həyata keçirilməsi istiqamətində də tərəqqiyə nail olmağın vacibliyini bildirib. Hüquq və azadlıqların qorunmasının bəşəri dəyər olduğunu vurğulayan şura üzvü, bunun müxtəlif aspektlərinin beynəlxalq sənədlərdə əksini tapdığını deyib: “Bu proses BMT-nin yaradılmasından sonra sürətli inkişaf keçib. Azərbaycan da müstəqillik əldə etdikdən sonra bir çox konvensiyalara qoşulub və üzərinə öhdəliklər götürüb. Bu öhdəliklərin yerinə yetirilməsi vacib məsələdir”.

Ə. Nuriyev qeyd edib ki, prezidentin imzaladığı fəaliyyət planında da göstərilir ki, insan hüquq və azadlıqlarının qorunmasında QHT-lə yanaşı vətəndaş cəmiyyətinin, Dövlət Dəstəyi Şurasının üzərinə yük düşür.

Tədbir çıxışlar və müzakirələrlə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR