Moskvada gəlin kortejindən havaya atəş açan 18 yaşlı Azərbaycan vətəndaşı barəsində aparılan istintaq başa çatıb

Moskvada gəlin kortejindən havaya atəş açan 18 yaşlı Azərbaycan vətəndaşı barəsində aparılan istintaq başa çatıb
# 30 noyabr 2012 10:12 (UTC +04:00)

APA-nın Rusiya DİN-in Moskva üzrə Baş İdarəsinin saytına istinadən xəbərinə görə, istintaq materialları prokurorluğa göndərilib və təsdiq edildikdən sonra Nikulin məhkəməsinə göndəriləcək. İttihamlar təsdiqini taparsa, Seymur Nəbizadə ən azı 5 il azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, Seymur Nəbizadə noyabrın 12-də saat 16:00 radələrində Moskvanın Akademik Anoxin küçəsində gəlin kortejində avtomobillə hərəkət edərkən havaya travmatik silahla bir necə dəfə atəş açıb. Hadisə şahidləri və yerli sakinlər polisə bu barədə məlumat veriblər. Polis gəlin kortejindəki avtomobilləri saxlamağa cəhd etsə də, avtomobillərin sürücüləri polisin “Saxla!” əmrinə riayət etməyiblər. Bir neçə polis maşını maşın karvanını toy mərasiminin keçirildiyi “Safisa” şadlıq sarayına qədər qovub. Yolu bağlayan polis maşınları saxlayıb. Doqquz azərbaycanlının üzərinə və avtomobillərinə baxış keçirilib. Bu zaman Seymur Nəbizadənin üzərindən 1 ədəd “Makarov“ tipli travmatik tapança, avtomobilindən isə bir ədəd travmatik silah, qandal və çoxlu sayda patron aşkarlanaraq götürülüb. Qalan 8 azərbaycanlı barəsində inzibati cəza tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR