AİB Gürcüstanda yeraltı qaz anbarının tikintisinə 100 mln. dollar ayıracaq

AİB Gürcüstanda yeraltı qaz anbarının tikintisinə 100 mln. dollar ayıracaq
# 14 mart 2018 15:43 (UTC +04:00)

Avropa İnvestisiya Bankı (AİB) Gürcüstanda yeraltı qaz anbarının tikintisinə 100 mln. dollar maliyyə vəsaiti ayıracaq.

APA-nın yerli bürosunun xəbərinə əsasən, Gürcüstan hökuməti ölkənin Neft və Qaz Korporasiyasına kreditin verilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, qonşu ölkədə qaz anbarının tikintisi layihəsinin ümumi dəyəri təxminən 300 mln. dollar təşkil edir. Əsasən Azərbaycanın “Şahdəniz” yatağından tədarük olunan qazın saxlanılacağı yeraltı anbarın tikintisi Tbilisinin Samqori rayonunda planlaşdırılır. Yeraltı qaz anbarının tikintisinə bu ilin birinci yarısında başlanılması və 2020-ci ilə qədər başa çatdırılması nəzərdə tutulur.

Qaz anbarında 300 mln. kubmetrədək qaz saxlamaq mümkün olacaq ki, bu da Gürcüstanın illik qaz istehlakının təxminən 15%-ni təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR