İranın Azərbaycandakı səfiri Hüseyn Bağırovla görüşüb

İranın Azərbaycandakı səfiri Hüseyn Bağırovla görüşüb
# 27 noyabr 2012 16:38 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pak Ayin ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovla görüşüb. Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında ekologiya sahəsində əməkdaşlıq yolları müzakirə edilib.

Səfir iki ölkə arasında əməkdaşlığın zəruriliyini vurğulayaraq qeyd edib ki, İran və Azərbaycan ekologiyanın qorunmasına, xüsusilə də Xəzər dənizinin ekologiyasına önəm verir: “İki ölkənin bu sahədəki əməkdaşlığının inkişafı İran və Azərbaycan arasında münasibətlərin dərinləşməsinə müsbət təsir göstərəcək”.

H. Bağırov da hər iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığının genişlənməkdə olduğunu bildirib, Azərbaycanın İranla ekologiya sahəsində əməkdaşlığa hər zaman hazır olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR