Moskvada azərbaycanlı rəssam Aydan Salahovanın sərgisi açılıb

Moskvada azərbaycanlı rəssam Aydan Salahovanın sərgisi açılıb
# 05 dekabr 2012 11:04 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya paytaxtında azərbaycanlı rəssam Aydan Salahovanın sərgisi açılıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Fascinans and Tremendum” adlanan sərgidə Aydan Salahovanın yeni rəsm əsərlərini və heykəltəraşlıq işlərinümayiş olunur. Rəssamın yeni əsərlərində bir sıra İslam dini simvollarına rast gəlmək mümkündür. Buna misal olaraq hicab geyinmiş qadının bədəni və minarə silueti əsk olunmuş əsərləri göstərmək olar.

A. Salahova bu sərginin İslam dini haqqında olmadığını söyləyib. Onun sözlərinə görə, bu sərgi qadının özünü senzura etməsi və onun daxili dünyası haqqındadır: “Həmin qadının hansı dinə itaət etməsi mühüm deyil. Avropada hicablı qadın azad olmayan qadın deməkdiir. Əslində isə hicab geysən tamamilə fərqli emosiyalar keçirərsən. Zahiri qapalılıq arxasında sən, daxilən tam azad olursan. Mən də istəmişəm ki, qadınlar hicab geyinəndə bu daxili azadlığı hiss etsinlər”.

Sərgi Qoqol bulvarında yerləşən Moskva Müasir İncəsənət muzeyində təşkil olunub. Qeyd edək ki, Aydan Salahova məşhur rəssam Tahir Salahovun qızıdır, Moskvada yaşayır. 1992-ci ildə Rusiyada ilk müasir incəsənət qalereyalarından birini (“Aydan”)ı açıb. Onun əsərləri Tretyakov qalereyasında, Moskva Müasir İncəsənət Muzeyinin kolleksiyalarında, Roma və Nyu-York qalereyalarında saxlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR