“Transparency International”: Ermənistanda cəzasızlıq ən yüksək həddə çatıb

“Transparency International”: Ermənistanda cəzasızlıq ən yüksək həddə çatıb
# 24 noyabr 2012 09:18 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə “Transparency International” təşkilatının Ermənistan nümayəndəliyinin üzvü Varujan Oktanyan bildirib.

O qeyd edib ki, cəzasızlıq artıq ölkədə sistematik xarakter alıb, ölkənin bütün struktur və mexanizmlərini zəbt edib.

Helsinki Vətəndaş Assambleyasının Ermənistandakı ofisinin rəhbəri Artur Sakunts isə bildirib ki, 2010-cu ilin yanvarından 2012-ci ilin yanvarına kimi ölkə xəstəxanalarında 92 ölüm halı qeydə alınıb, lakin bu faktlarla bağlı heç bir araşdırma aparılmayıb. O, həmçinin orduda ölüm hallarının artdığını bildirib: “2012-ci ilin əvvəlindən ölkədə 43 əsgər həyatını ölüb, 12 nəfər cəbhədə atəşkəs rejiminin pozulması nəticəsində baş verib. Lakin hakimiyyət həmişəki kimi bu faktları danır”.

Hüquq müdafiəçisi məhbusların işgəncələrə məruz qaldığını və hüquqlarının məhdudlaşdırıldığını da qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR