Fərhad Məmmədov: “Türkiyədəki prezident seçkiləri Cənubi Qafqaz regionuna təsirsiz ötüşməyəcək”

Fərhad Məmmədov: “Türkiyədəki prezident seçkiləri Cənubi Qafqaz regionuna təsirsiz ötüşməyəcək”
# 18 dekabr 2012 11:43 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Türkiyədə 2014-cü ildə keçiriləcək prezident seçkiləri Cənubi Qafqaz regionuna təsirsiz ötüşməyəcək. APA-nın məlumatına görə, buu Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzin direktoru Fərhad Məmmədov deyib.

Onun sözlərinə görə, yaxın bir neçə il ərzində Azərbaycan-Gürcüstan-Türkiyə iqtisadi əlaqələri daha yüksək səviyyədə inkişaf edəcək.

F.Məmmədov xatırladıb ki, Türkiyədə Konstitusiya dəyişikliyi baş verib və ölkə prezident idarəetmə üsulu istiqamətində irəliləyir: “Digər tərəfdən, bu proseslər Türkiyənin iqtisadi inkişafının və bölgədə rolunun əhəmiyyətli dərəcədə artması ilə paralel baş verir. Bu, Türkiyənin dünyəvi dövlət kimi inkişafı, daha sonra öz qonşuları və geosiyasi maraqlarının daha dəqiq və operativ şəkildə həyata keçirilməsindən irəli gəlir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR