Moskvada azərbaycanlı rejissor və müğənni Fuad Dadaşovun “Kür çayı” filminin təqdimatı keçirilib - FOTO

Moskvada azərbaycanlı rejissor və müğənni Fuad Dadaşovun “Kür çayı” filminin təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 27 dekabr 2012 10:29 (UTC +04:00)

Moskva. Fərid Əkbərov-APA. Rusiya paytaxtında azərbaycanlı rejissor və müğənni Fuad Dadaşovun “Kür çayı” filminin təqdimat mərasimi keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Jurnalistlər Evində keçirilən təqdimat mərasimi Dünya Azərbaycanlıları Konqresi tərəfindən təşkil olunub. “Kür çayı” filmi dünya azərbaycanlılarına həsr olunub. Filmdə Azərbaycan tarixi haqqında dünyada tanınmış azərbaycanlıları maraqlı fikirlər səsləndiriblər.

Film nümayiş olunandan sonra çıxış edən Dünya Azərbaycanlıları Konqresinin sədri Mirəşrəf Fətiyev Fuad Dadaşovun filminin bir müddət əvvəl İsveçdə nümayiş olunduğunu söyləyib. O, “Kür çayı” filminin yaşadığı yerdən asılı olmayaraaq bütün azərbaycanlılara həsr olunduğunu bildirib.

Moskva Satira Teatrının direktoru Məmməd Ağayev, şair Nəsib Nəsiboğlu və mərasimdə iştirak edən digər ziyalılar filmin rejisoru Fuad Dadaşovun əməyini yüksək qiymətləndiriblər. Ziyalılar “Kür çayı” filminin Azərbaycan tarixi həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyətə malik olduğunu söyləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR