Lənkəranda Milli Qəhrəman Əsgər Əliyevin anım günü keçirilib - FOTO

Lənkəranda Milli Qəhrəman Əsgər Əliyevin anım günü keçirilib  - <span style="color: red;">FOTO
# 17 noyabr 2012 07:33 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin adını daşıyan Lənkəran şəhər mədəniyyət və istirahət parkında onun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

APA-nın Cənub bürosunun məlumatına görə, yerli ictimaiyyət nümayəndələrinin, rayonda yerləşən N saylı hərbi hissəsinin zabit və əsgər heyətinin, məktəblilərin qatıldığı tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli, Ləj kənd orta məktəbinin direktoru İlkin Yaqubov, müəllim Akif Xalıqov və digərləri Milli Qəhrəmanın qısa, lakin şərəfli ömür yolundan söz açıblar.

Mərasimdə məktəblilərin ifasında vətənpərvərlik və qəhrəmanlıq mövzusunda şeirlər ifa olunub. Övladının Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda fədakarcasına şəhid olmasından qürur hissi keçirdiyini söyləyən qəhrəmanın atası Hacı Ələkbər Əliyev onun xatirəsini uca tutduqları üçün tədbir iştirakçılarına ailəsi adından minnətdarlığını çatdırıb.

Qeyd edək ki, Əsgər Əliyev 8 noyabr 1974-cü ildə Lənkəranın Ləj kəndində anadan olub. 1982-1992-ci illərdə orta təhsil alıb. Daha sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank-artilleriya fakültəsinin tələbəsi olub. 1995-ci il martın 17-də Bakıda dövlətçilik əleyhinə qiyamı yatırarkən Əsgər Əliyev 4 yaralını xilas edib, lakin aldığı ikinci güllə yarasından dünyasını dəyişib. O, doğulduğu Ləj kəndinin qəbiristanlığında dəfn olunub. Azərbaycan prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Ə.Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR