Turqut Özalın nəşində zəhərli maddələr aşkarlanıb

Turqut Özalın nəşində zəhərli maddələr aşkarlanıb
# 24 noyabr 2012 11:11 (UTC +04:00)

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məhkəmə tibbi ekspertizasının apardığı araşdırmada eks-prezidentin bədənində DDT (zəhər), Kadmium (ağır metal), Amerikum və Polonium (radioaktiv maddə) aşkarlanıb.

Mütəxəssislərin bildirdiyinə görə, DDT bədənə çox miqdarda qəbul ediləndə şok və ani ölümə səbəb olur. Böcək zəhərinin T.Özala maye və ya bərk qida maddələri ilə birlikdə verildiyi bildirilir. Zəhər özünü qusma, ishal, tər, tənəffüs çətinliyi, nəbz artımı, əzələlərdə zəifləmələr, sıxılmalar şəklində göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR