Azərbaycan Dövlət Sərhəd Xidmətində illik hesabat müşavirəsi keçirilib - FOTO

Azərbaycan Dövlət Sərhəd Xidmətində illik hesabat müşavirəsi keçirilib   - <span style="color: red;">FOTO
# 14 dekabr 2012 14:28 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Dövlət Sərhəd Xidmətində (DSX) 2012-ci ilin yekunlarına dair hesabat müşavirəsi keçirilib.

APA-nın məlumatına görə, müşavirədə çıxış edən DSX rəisi, general-leytenant Elçin Quliyev rəhbərlik etdiyi qurumun 2012-ci ildə xidməti-döyüş fəaliyyəti barədə məruzə ilə çıxış edib.

2012-ci ilin DSX üçün uğurlu keçdiyini qeyd edən general E.Quliyevin sözlərinə görə, bu il dövlət sərhədlərinin əməliyyat yolu ilə mühafizəsinin gücləndirilməsi, hərbi hissə və bölmələrin döyüşə hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından uğurlu olub. Bu dövrdə dövlət sərhədindən keçən şəxslər barədə məlumatların İAMAS sistemi ilə inteqrə olunmuş elektron bazası və real vaxt rejimində videogörüntü imkanları genişləndirilib. Bütün sərhəd-keçid məntəqələrində dövlət sərhədindən keçən şəxslər barədə məlumatlar mərkəzləşdirilib. DSX-nin xüsusi bölmələri üçün yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı, özəl müdafiə vasitələri alınıb. Bu il həmçinin DSX-nin 2 yeni hərbi hissəsi xidməti döyüş fəaliyyətinə başlayıb. DSX-nin peşəkar heyətlə komplektləşdirilməsi istiqamətində mühüm tədbirlər görülüb.

Sərhəd pozucuları ilə mübarizə sahəsində görülən tədbirlər barədə məlumat verən E.Quliyev bildirib ki, 2012-ci il ərzində dövlət sərhədini pozduqlarına görə 615 nəfər, sərhəd rejimini pozduqlarına görə 12011 nəfər saxlanılıb. İl ərzində tutulan sərhəd pozucularının 25,1%-i Azərbaycandan müqabil ölkələrə keçərkən, 74,9%-i isə digər ölkələrdən Azərbaycana gələrkən saxlanılıblar. Hesabat dövründə 250 kq 336 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb, 3 milyon 876 min manat dəyərində qaçaqmal aşkar edilib.

Bu il əməliyyat şəraitinin dəyişməsi ilə əlaqədar sərhəd dəstələri və sərhəd nəzarət məntəqələri 57 halda 177 gün dövlət sərhədinin gücləndirilmiş üsulla mühafizəsinə keçirilib.

Tədbirin sonunda xidmətdə fərqlənən DSX-nin bir qrup zabit və giziri təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR