Ukraynada zavodda baş verən yanğın lokallaşdırılıb - YENİLƏNİB

Ukraynada zavodda baş verən yanğın lokallaşdırılıb  - <span style="color: red;">YENİLƏNİB
# 26 sentyabr 2017 02:33 (UTC +04:00)

Ukraynanın Kiyev vilayətində, Bila Tserkva şəhərində əczaçılıq zavodunda baş verən yanğın lokallaşdırılıb.

APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, bunu şəhərin meri Qennadiy Dikiy bəyan edib.

“Hazırda yanğın lokallaşdırılıb, yanğınsöndürənlər artıq işlərini bitirirlər. Hadisə yerində kimyəvi və radioloji təhlükələrin aşkarlanması üzrə müvafiq tədbirlər görülüb. Əhali üçün heç bir təhlükə yoxdur”, deyə Q.Dikiy bildirib.

“Biofarma” əczaçılıq zavodunda baş verən yanğının səbəbi hələ ki, məlum deyil. Qeyd edək ki, Kiyevdən 80 km cənubda yerləşən Bila Tserkva (Ağ Kilsə) şəhərində 200 mindən çox insan yaşayır.

***

01:48

Ukraynanın Kiyev vilayətində, Bila Tserkva şəhərində əczaçılıq zavodunda yanğın baş verib.

APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, insident “Biofarma” tibbi müəssisəsində qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Zərərçəkənlər barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR