Milli Parkdakı Xalça Muzeyi dekabrın 22-də istifadəyə veriləcək

Milli Parkdakı Xalça Muzeyi dekabrın 22-də istifadəyə veriləcək
# 07 dekabr 2012 12:20 (UTC +04:00)

Bakı – APA. Dekabrın 22-də Bakıda, Milli Parkda tikilən Xalça Muzeyi istifadəyə veriləcək. APA-nın məlumatına görə, bu barədə Mədəniyyət və Turizm nazirliyinin mərkəzi aparatının rəhbəri Firudin Qurbanov Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, muzey müasir dünya tələblərinə cavab verən texnoloji avadanlıqlarla təchiz olunub. F.Qurbanov qeyd edib ki, Xalça Muzeyinin istifadəyə verilməsinin əsas məqsədi UNESCO-nun mədəni irsi siyahısına düşən Azərbaycan xalçasını təbliğinə xidmət etməkdir: “Azərbaycan xalçasının dünya mədəni irsində xüsusi yeri var və biz bu xalçaları bu muzey vasitəsilə nümayiş etdirəcəyik. Burada ən qədim xalça növlərindən müasir xalçalara qədər nümayiş olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR